Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Sumqayit şəhərinin müəllimləri ilə 27 iyunda “BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi çərçivəsində görüş keçirilib. Təlimçi-psixoloqlar aktiv təlim texnikasından istifadə edərək müəllimlərə öz şagirdlərini kitab oxumağa maraq yaratmağın psixoloji yolları ilə tanış etiblər.
Onlar qısaldılmış variantda Mindfulness (fərqindəlik) texnikası ilə xəyalən keçmişə dönərək öz güclü tərəflərini aşkarlamış, daha sonra biblioterapiya tətbiqi ilə kiçik bir hekayəni oxuyaraq onun təsiri altında özlərinə məktub yazıblar.
Praktik hissənin yekununda təəssüratlarını paylaşarkən müəllimlər yaşadıqları özəl duyğu, düşüncə, planlarını auditoriya ilə bölüşüblər.
Son mərhələdə isə layihənin rəhbəri psixoloq Kamil Həmidov kitabla terapiya üsulunun mahiyyəti və layihənin məqsədi barədə geniş təqdimat həyata keçirmişdir.
İctimai Birliyin bu layihənin təşkilində maliyyə yardımına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlığa görə isə Azərbaycan Respublikasının Gnclər və İdman Nazirliyinə, Gənclər Evlərinə təşəkkür edir.