Kitabla Terapiya

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Biblioterapevtik məşğələlərin ssenariləri

“Mən və başqaları” biblioterapevtik proqramı

Məqsədlər:
1. İştirakçılara kim olduqlarını, necə ünsiyyətdə olacaqlarını, hansı sosial rolları icra edəcəklərini izah etmək.
2. Digər insanlarla (ailə üzvləri və yad insanlarla) münasibətləri tənzimləməyə kömək etmək.
3. Psixofiziki inkişafında çətinliyi olanlara və xəstə insanlara münasibətdə özünü qiymətləndirmək.
4. Uğursuz münasibətlərin düzəldilməsi.
Proqramın iştirakçıları uşaqlar və natamam insanlarla düzgün münasibət qura bilməyən böyüklərdir.
Gerçəkləşdirmə forması biblioterapevtik ustadlıqdır.
Proqramın davam etmə müddəti hər biri 2-3 saat olmaqla 3 terapevtik seansdır.
Gözlənilən terapevtik-tərbiyəvi effektlər:
— şəxsiyyətin inkişafında ada və soyadların rolunun izah edilməsi;
— natamam insanlarla və natamam insanların ailə üzvləri (atası, anası, qardaşı, bacısı və s) ilə kontaktlarda ifadə olunan emosiya və hissləri müəyən etmək bacarığını mənimsəmək;
— natamam insanların gündəlik həyatlarında aradan qaldırmalı olduqları çətinliklərin təhlili;
— qrup üzvlərinin natamam insanların problemlərinə həssaslığını qaldırmaq;
— xəstə insanlara arzu olunmaz münasibətlərin korreksiya edilməsi;
İlk görüş qrupu inteqrasiya etmək və qrup üzvlərini bir-biriləri ilə tanış etməyə yönəlmişdir. İkinci görüş özünəməxsus psixofiziki inkişafı olan insanlarla identifikasiyaya xidmət edir. Üçüncü görüş inkişafdan geri qalan insanlara necə münasibət bəsləməyi və onlar barədə necə yazmağı qarşsına məqsəd qoyan biblioterapevtik məşğələdir.

Biblioterapevtik məşğələlərin ssenariləri

1. “Gəlin tanış olaq” (qrupu inteqrasiya edən məşğələ ssenarisi)
Məqsəd:
— iştirakçılara kim olduqlarını, necə ünsiyyətdə olacaqlarını, hansı hüquqlara malik olacaqlarını izah etmək;
— qrupun inteqrasiya edilməsi;
— iştirakçılar arasında əməkdaşlığın qurulması;
— emosiyaların verbalizasiyası;
— “bədən dilinin”nın öyrədilməsi.

Məşğələnin gedişatı:
1. Məşğələnin aparıcısı ilə iştirakçılar arasında “müqavilənin” bağlanılması
2. İştirakçıların özlərini təqdim etmələri (topla, “hörümçək şəbəkəsi” ilə, oyuncaqla söhbətlə, öz adına nəğmə qoşmaqla və s)
3. Özün barədə danış – tamamlanmamış cümlələr metodikası:
— Mənim hobbim …..
— Mənim sevimli gülüm, yeməyim, dərsim və s……
— Hər şeydən çox …… –ları etməyi xoşlayıram.
— Hər şeydən çox ………… (hara) getməyi xoşlayıram.
4. Əhvalın necədir?
5. Münasibətlərin qurulması:
— hər hansı bir ümumi əlamətə görə qruplaşdırmaq (böyükdən kiçiyə)
— “aynalama”
— qonşunun ovucları ilə tanışlıq;
— “insanlar insanlara”
6. Partnyorla etimad şəraitinin yaradılması:
— “qatar”;
— “kor”.
7. Emosiyaların verbal və qeyri verbal ifadəsi:
— nə vaxt mən sevinirəm; — nə vaxt mən razıyam;
— Mən kədərli olanda; — mənə çətin olanda;
— Mən çox acıqlı olanda

2. “Mən balaca olanda”
Məqsəd: uşaqlığa qayıtmaqla həyatın xoşbəxt anlarının xatırlanması və keçmişin neqativ məqamlarının aradan qaldırılması, uşağa yanlış münasibətin travmatik nəticələrinin yüngülləşdirilməsi
1. Qrupu inteqrasiya edən tapşırıqlar:
1.1. “İnsanlar insanlara doğru”. İştirakçılar cütlüklərə bölünürlər və aparıcıın təklifi etdiyi tapşırıqları icra edirlər: “əllər əllərə, ayaqlar ayaqlara, qulaqlar qulaqlara (partnyora)” Yenidən “insanlar insanlara komandası verildikdə cütlüklər dəyişirlər, cütünü tapa bilməyən isə aparıcı olur.
1.2. “Heyvanlar”. Aparıcı heyvanların adları olan kartları paylayır. İştirakçılar müvafiq heyvanın səsini çıxarırlar. Səslərə görə cütlüklər müəyyənləşdirilir.
1.3. “Qatar” 3 vaqondan ibarətdir. Ön və orta vaqonlardakı uşaqlar gözləri bağlı dayanırlar. Maşinist olan sondakı adamın gözləri açıq olur. Lakin o hərəkətin iqtiqamətini qarşısındakı adama yalnız toxunmaqla yönləndirir. Oyunçular hər 3 rolda iştirak etməlidirlər.
1.4. “Kanatın dartılması” iki komandanın oyunudur.

Məşğələnin gedişatı
Aparıcı xahiş edir ki, iştirakçılar özlərini rahat hiss etdikləri yerdə dairəvi otursunlar, gözlərini yumaraq musiqiyə qulaq assınlar (S.Debyussi) və uşaqlıqlarının özlərinə aid önəmli hissəsini xatırlasınlar. (diqqət: * — işarə bir bütöv tənəffüs dövrünü ifadə edir)
Aparıcı danışmağa başlayır: “Bu gün biz keçmişə səyahət edəcəyik * Xəyallar dünyasına səyahət* Diqqətinizi tamamilə mənə yönləndirərək yaddaşınıza və təxəyyülünüzə işləmək üşün icazə verin* Bir neçə il əvvəl necə olduğunu yadına sal*** Xatırladıqlarını yaddaşında saxla** Bədənindən gələn siqnallara diqqət yetir*** Orada hər hansı bir vacib məqamı, hadisəni görməyə çalış* keçmişə daha dərindən daxil olmağa cəhd elə* Ola bilər sən adamlar görürsən*** Ola bilsin onların içərisində sənin valideynlərin də var* Baba* Müəllimlər* Məhəllədəki dostların*** Bax gör əlində hər hansı bir əşya saxlamamısanmı?*** Ona diqqətlə bax*** Bu nədir?**** O səndə hardandır?*** İndi isə öz xatirələrini və təəssüratlarını paylaşmağa çalış** Keçmişə səyahət zamanı səni müşayət edən hisslərdən danış* Kimi gördün?*”
1. İştirakçılar təəssüratlarını paylaşırlar;
2. İki nəfərlik qruplara bölünürlər, orada iştirakçılar uşaqlıqlarında oynadıqları sevimli oyunlar barədə danışırlar (2 dəqiqə ərzində) daha sonra oyunların aadlarını vərəqlərə yazırlar;
3. Aparıcı Çaykovskinin “Şelkunçik” baletinin musiqisini qoşur. Döşəməyə lentşəkilli düzlüən boz vərəqlərə yaxınlaşaraq deyir: “Bu vərəqlərə yaxınlaşın*** Uşaqlığının sevimli kitabını xatırla və sevimli qəhrəmanın rəsmini çək**** Bu ola bilsin ya sənin özünün oxuduğun ya da sənə oxunan əsərin qəhrəanıdır* Ola bilsin bu çox əvvəl olub*** ”lentin” istənilən yerində onu çək (lazım olan qədər vaxt verilir daha sonra musiqi söndürülür)* Gəlin indi dostların rəsmlərinə baxaq**** Ola bilsin sən də bu qəhrəmanları tanıyırsan** Onların hansı cəhətləri sənin xoşuna gəlir?** Bu kitabın məzmunu hələ də yadındadır?* Bu qəhrəmanları çəkərkən nə hiss edirdin?**** Əgər mən ….. olsaydım (qəhrəmanın adı)…… frazasından başlayaraq onun barəsində danışmmağa çalış”
4. Aparıcı sakitləşdirici musiqini qoşaraq iştirakçılardan xahiş edir ki, gözlərini yumaraq 3 dəfə dərindən nəfəs alıb versinlər. O, növbəti tapşırığa başlayır: “Sən indi rahatsan** Sərbəst və aramla nəfəs alırsan**** Elə təsəvvür et ki, sən yatırsan**** Birdən üçə kimi sayacam, üç deyəndə oyanacaqsan və özünü tamamilə başqa dünyada görəcəksən** Həqiqi düyadakından fərqli rolda*** 1* 2* 3*** Gün başlayır* Sən tanınmış yazıçısan*** İndi faydalı bir iş görə bilərsən*** Öz həyatın barədə danışmaq istəyirsən** Özünü bu tapşırığa hazırlaşan vəziyyətdə görürsən*** Öz kitabın üzərində işləməyi planlaşdırırsan*** Bu işlə əlaqədar bütün xoş duyğuları hiss et* Orada özün üçün vacib olan bütün məqamları qeyd edə bilərsən* Xoş dəqiqələrin haqqında danışa bilərsən* Xoşuna gəlməyənlər barədə də** Hələ bu vaxta kimi heç kəsə demədiklərin barədə də** Özün barədə yaza bilərsən** Öz qəhrəmanını yarada bilərsən*** Sənin işin sona çatır*** Sən gördüyün yaxşı işə görə sevinirsən** Əlyazmanı nəşriyyata verirsən*** Hazır kitab satışa çıxarılır*** Orada onu ilk oxucuları gözləyirlər* Onların üzlərinə bax*Onlara qulaq as* Onların suallarını cavablandır*Kitabları avtoqrafla payla* Bu dəqiqələrini sevincini yaşa** Bir dəqiqədən sonra gözlərini açanda tamamilə öz inam və məmuniyyət içərisində olacaqsan*** Öz təəssüratların barədə danış***”
5. Tapşırığın müzakirəsindən sonra aparıcı növbəti mərhələyə keçir:
“İndi yenidən dincəl, musiqini dinlə və kitablarla dolu bir kitabxananı təsəvvür et*** Sən orada öz kitabını görürsən*** Və doslarının kitablarını** Onların görünüşlərinə bax** Onlardan istənilən birini əlinə al* Mündəricatına bax** Digər fəsillərə bax** Sakitcə oturaraq oxumağa başla** Sözlər asanlıqla maraqlı məzmuna uyğun gəlir*** Asanlıqla, axıcı və anlayaraq oxuyursan** Bunun səni necə sevindirdiyini hiss et*** Bu şəkli çərçivəyə sal, mümkün qədər yaddaşında çox saxla*** Onu axşam üçün saxla* Onu yatmazdan əvvəl yadına sal*** İndi isə tədricən aramla gerçəkliyə qayıt* Özünü məmuniyyət və razılıq içərisində hiss et*** İndi isə istəyirsənsə təəssüratların barədə danış***”
6. Refleksiya. Ssesiyanın sonunda iştirakçılar “Qrupun tarixi”ni tərtib edirlər.

3. “Mən və başqaları”
Birinci görüş
Qrupu inteqrasiya edən tapşırıq:
Birnci hissə.
1. Sizə özüm haqqında bir şey deyim.
2. Bugünki tapşırıq üçün cütlüklər qurmalıyıq (paltarların, gözlərin rənginin və s-lərin oxşarlığına görə). Uşaqlar heyvanların adları olan kartları seçərək onların səsinə uyğun cütlüklər yaradırlar (bu bölgü kitab qəhrəmanları və s meyarlara görə də ola bilər)
3. Cümləni tamamla:
— Bu həftə başıma gələn ən yaxşı şey…….;
— əgər rəssam olsaydım …….. çəkərdim;
— Mənim haqqında danışmaq istədiyim ən böyük xəyalım …..
4. Fəallaşdırıcı tapşırıq.
Yaradıcı hərəkətlər:
— Sürətli musiqi ritmində sərbəst, improvizasiyalı rəqs etmək; təzə cücərən çiçəyin təqlid edilməsi (tozlanmadan çiçəklənməyə qədər)

İkinci hissə.
1. Şəxsi “Mən” hissini gücləndirən tapşırıq
— musiqiyə qulaq asamaq və assosativ rəsmlərin təqdimatı; “Mən” sözünün vizuallaşdırılması;
— Üçlü məşqlər (bədənin köməyi ilə “mən” sözünü göstərmək)
2. Özünü dərindən hiss etməyə imkan verən “Mən”i tanımaq üçün minitreninq:
“Özünüzü sevgi ilə düşünün* Rəğbət ilə* həssaslıqla* Özünüzə sakit, çox sakit şəkildə “mən” deyin* İndi isə diqqətlə özünüzə qulaq asın* “mən” deyərkən hiss etdiklərinizi xatırlamağa çalışın* Bu sözü özünüzdə hiss edin* O necə böyüyür* o sizi necə doldurur* İndi isə onu ucadan deyin* Daha ucadan* İndi isə böyük sevinclə qışqırın* Bu “Mənəm”** İndi isə özünüzü yerdən yuxarı qalxan hava şarı kimi təsəvvür edin*** Siz səmada rahatlıqla uçursuz* mavi buludlara baxırsız* Gözəl mənzərədir*** “indi və burada”ya qayıdın və treninq zamanı yaşadığınız təəssüratları nəql edin”
1. İştirakçılar məşq təəssüratlarını bölüşdükdən sonra iki dairə şəklində bir-birilərinə əks dayanaraq ada və soyadlarını təqdim edirlər.
2. Dairədə oturduqda ad və soyadlarını sevib sevmədiklərini müəyənləşdirməyə çalışırlar. Əgər sevmirlərsə başqasını təklif edirlər.
3. Aparıcı qısa söhbət zamanı soyadların necə yaranmasını izah edir. O iştirakçılara öz geneoloji ağaclarını tərtib etməyi təklif edir.
4. Aparıcı kartlar paylayaraq xahiş edir ki, iştirakçılar sütunlarda öz ad və soyadlarını yazsınlar. Daha sonra yazdıqları hərflərə müvafiq şerlər tərtib etsinlər. Həmin şerlər kim olduqlarını, həyatda hansı işləri gördüklərini ifadə etməlidir.
5. Hər kəs növbə ilə öz yazdığını oxuyur. 6. İştirakçılar öz təəssüratlarını paylaşırlar.
İkinci görüş
1. Qrup üzvlərini fəallaşdıran məşqlər:
A. İştirakçılar metaforik üsullarla özlərini təqdim edirlər (məsələn, Mən – Günel – Qızılgül kolu; Mən – Ayan – cəldayaq və s.)
B. Arzu edənlər böyük kağız listə uzanır, digərləri onun bədən konturunu çəkir və daha sonra çəkilmiş kontura həmin insanı xarakterizə edən müəyyən ifadələr qeyd edirlər.
V. Aparıcı ortaya böyük bir ayna qoyur və iştirakçılardan xahiş edir ki, bir bir ona yaxınlaşaraq diqqətlə baxsınlar və öz əkslərinə xoş söz desinlər.
Q. İştirakçılar cütlüklərə bölünərək “Kor” tapşırığını icra edirlər: Bir nəfərin gözlərini bağlayırlar, digər biri onu müşayət edərək ətrafındakılarla tanış olmağa şərait yaradır, sonra onlar geri qayıdırlar.
D. Məşq bitdikdən sonra iştirakçılar “bələdçi” rolunda, “kor adam” rolunda özlərini necə hiss etdikləri barədə təəssüratlarını bölüşürlər.
Daha sonra inkişafdan qalmanın tərifini müəyən edirək fiziki, əqli, sosial cəhətdən inkişafdan qalmanın növlərini ayırırlar.
J. İştirakçılar qruplarda bu cümləni tamamlayırlar:
Nə vaxt ki, bu insanla rastlaşıram …..
2. Teatrlaşdırma
İştirakçılar onlara məlum olan vəziyyətləri təsvir edirlər, məsələn, “kor adam yol keçir”, mağazadakı lal adam”, “ictimai nəqliyyatdakı kresloda əlil bir insan”, “məktəbdə İQ dərəcəsi aşağı olan uşaq” və s.
3. Məşq zamanı cərəyan edən emosiyalar barədə sərbəst söhbətlər etmək.
4. Tamamlanmamış cümlələr metodikası: “Əgər mən natamam insan olsaydım, onda ……”
5. Natamam insanlarla davranış üsullarını müəyən etməyə yönəlik söhbət

Üçüncü görüş
Rahatlaşdırıcı məşq:
A. Orqan musiqisini dinləmək.
B. Musiqi dinləyərkən uşaqlar mücərrəd janrda şəkillər çəkirlər.
V. Uşaqlar rəsmlərinə adlar verirlər və emosiyaları barədə danışırlar.
2. Biblioterapiyanın mərhələsi – psixofiziki inkişafdan geri qalan uşaqların problemlərindən bəhs edən bədii əsərlər üzərində işləmək.
A. Ucadan oxumaq – aparıcı və yaxud iştirakçı “İdentifikasiya” şerini oxuyur.
B. Qiraət zamanı müşayət olunan emosiyalar barədə sərbəst söhbət (katarsis)
V. Dramatikləşdirmə texnikası – aparıcı yazıçı (şair) roluna daxil olur, iştirakçılar isə ədəbiyyat qəhrəmanları roluna daxil olaraq özlərinə baxırlar.
3. Biblioterapiyanın terapevtik-tərbiyəvi effektlərinin möhkəmləndirilməsi.
A. Mövzu barədə sərbəst söhbət etmək.
B. “Sərbəst tribuna” – aparıcı “Bizim ölkədə (şəhərdə, kənddə) natamam insanların həyatını nələr çətinləşdirir?” mövzusunda diskusiya açır.
V. Qrup üzvlərinin hazırladıqları nəticələr oxunur.
3. Refleksiya: “Bu üç görüş zamanı hər biriniz üçün hansı vacib məsələlər baş vermişdir?”, “Bu görüşlər sizə nə vermişdir?”
4. “Mən xəstə olanda”
Məqsədlər:
— İştirakçıları müxtəlif xəstəliklərlə tanış etmək;
— bəzi xəstəliklərin simptomlarını tanımağı öyrənmək;
— Məşğələ iştirakçılarının həyat səviyyələrini öyrənmək;
— Həyati təhlükəli vəziyyətlərin öhdəsindən gəlmək üçün hansı bacarıqların olduğunu yoxlamaq.

Məşğələnin gedişatı:
1. Qrupu inteqrasiya edən məşğələ.
A. Qeyri ənənəvi üsullarla özünü təqdim etmək
B. Mən burdayam, baxmayaraq ki, ….
V. Mən bu gün istərdim ki, ….
Q. Mən özümə oxşar adamlar axtarıram.
D. Əgər mən sehrbaz olsaydım sənə ….. hədiyyə edərdim.
E. “Vizuallaşdırılmış” mətn:
“Gözlərinizi yumun, bu günün günəşli bir gün olduğunu təsəvvür edin. Siz ən sevdiyiniz yerdəsiniz. Rahat oturmusunuz. Tamamilə sakitsiz. Öz həyatın barədə fikirləşirsən. Bu barədə düşünərkən ağlınıza gələnləri xatırmağa çalışın. Gözünüzü açdıqda onları qeyd edin”.
J. Mənim ….. həyatım var. kartlarda yazılmış bir-birinə zidd cavab sözlərindən birinin seçimi ilə tamamlandırılır. Məsələn:
yetkin – boş;
yaxşı – pis;
zəngin – kasıb;
güclü – zəif və s.

5. Dramatikləşdirilmiş pantomimika səhnələri.
Fərdi məşqlər:
— mənim başım ağrıyır; — mənim qarnım ağrıyır;
— mənim hərarətim var; — mən soyuqlamışam.
Qruplarda iş:
— stomatoloq qəbulunda;
— poliklinikada; — mənim ayağım sınıb.
3.1. Sizə demək istəyirəm ki… İştirakçılar məşğələ zamanı yaşadıqları təəssüratları bölüşürlər.
3.2. Mən xəstə olarkən … İştirakçılar özlərinin həkimlərlə və tibb bacıları ilə olan görüşləi barədə danışırlar.
3.3. Mən adətən ….. səbəbdən xəstələnirdim.
3.4. Xəstəlik məni yatağa uzanmağa məcbur edəndə, ….
— hər şeydən çox mənə ……- lar çatışmır
— adətən mən …… ları edirəm
— hər şeydən çox məni …..-lar əsəbiləşdirir
— mənim ən çox ….-ə ehtiyacım var
— ən çox …-dan qorxuram
3.5. Xəstələnəndə kitab oxumağı sevirəm. “Emalatxana” iştirakçıları bu mövzuda sərbəst şəkildə söhbət edirlər. “Katib” bütün adları yazır. Sonra aparıcı bəzi adların niyə tez-tez təkrarlandığını düşünməyi xahiş edir.
3.6. Ədəbiyyatın terapevtik funksiyaları haqqında minimühazirə.
3.7. Əsərlərin pasientlərə təqdim edilməsi
4. Xəstəliklər hər kəsin başına gələ bilər. Onlardan özünü necə qorumaq olar?
5. İştirakçılar təcili tibbi yardımın, xəstəxanaların, poliklinikaların və s.-lərin ünvanlarını və telefon nömrələrini səsləndirirlər.

Yekunlaşdırma:
Cib üçün ünvanlar kitabçasının tərtib edilməsi.
Refleksiya
Bugünki görüşdə …..