Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi 09.02.2022-ci ildə təsis edilmişdir.Təsis edilməsinin əsas məqsədi əhalinin psixoloji inkişafına və maarifləndirilməsinə dəstək olmaqdan ibarətdir.
Təşkilatın daxilində bir sıra proqram xarakterli layihələr və psixologiya klubları formalaşdırılmış və yaxud mövcud olanlarla əlaqələr quraraq onları da özünə inteqrasiya etməyə çalışır.
“Kitabla terapiya” psixologiya klubu çərçivəsində hər həftəsonu gənclər üçün qrupşəkilli biblioterapiyalar, poeziya terapiyaları gerçəkləşdirilir. Eləcə də fəaliyyət qrafikinə uyğun olaraq Film terapiyaları, valideynlər üçün treninq və seminarlar, tətbiqi psixologiyanın son metodları barədə təlimlər keçirilir.
Təşkilatın psixoloqları ehtiyac olduqda müraciət edən vətəndaşlara ödənişsiz psixoloji konsultasiyalar da keçirlər. Təşkilatın idarə heyətinin sədri və təsisçisi psixoloq Kamil Həmidovdur. O, eyni zamanda bir neçə ali təhsil müəssisəsində “Psixoanaliz” fənnini tədris edir, çoxsaylı sosial layihələrin müəllifidir.