Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Gəncə Gənclər Evində 16 iyulda şəhərin gəncləri ilə “BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi çərçivəsində görüş keçirilib.
Açılış edən Gənclər evinin psixoloqu Günəş Seyfullazadə gördüklər işlər və tədbirin mahiyyəti barədə qısa məlumat vermişdir. Daha sonra çıxış edən “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri psixoloq Kamil Həmidov təşkilatın gerçəkləşdirdiyi fəaliyyətlərlə gəncləri tanış edərək onları fəallığa səsləmişdir. .
Terapevtik tədbirin ilk hissəsində isə gənclər öncə oxuduqları kiçik hekayəni müzakirə ediblər. Daha sonra onların içərisindən seçilmiş 1 nəfərlə qısa müddətli psixoloji seansı dinləyiblər. 3 cü mərhələdə isə seans zamanı eşitdikləri həyat hekayəsi ilə oxuduqları bədii hekayəni əlaqələndirərək mini qruplarda yeni hekayələr – “demidov dialoqları” yazıblar. Yekunda isə moderotorun müşayəti altında hər bir hekayə “psixodrama” üsulu ilə işlənilmiş, nəticədə ssesiyaya çıxan gənc özünün aktual inkişaf probleminin həllinə yönəlik bir neçə çıxış yolları ilə tanış olmuşdur.
İctimai Birlik bu layihənin təşkilində maliyyə yardımına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlığa görə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə eləcə də Gənclər Evlərinə təşəkkür edir.