Kitabla Terapiya

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Kitabla terapiyanın xüsusiyyətləri və faydalı tərəfləri

Kitabla terapiyanın xüsusiyyətləri

• Fərdin sahib olduğu yanlış stereotipləri qırır, motivasiyanı gücləndirir.
• Bir sıra davranış pozuntularının korreksiyasında müsbət effekt göstərir.
• İnsanın xarakteri və davranışı ilə bağlı məlumat verir.
• Biblioterapiya emosional, psixoloji və fiziki problemlərin müalicəsində kitab mütaliəsini ön plana çəkir (depressiya, bulimiya, obsessiv-kompulsiv pozuntu, insomniya və s.).
• Hisslərin oxucu tərəfindən şüurlu şəkildə analiz olunmasına, obrazla insan arasındakı qarşılıqlı təsirə əsaslanan terapiya növüdür.
• İnsanın öz təbii, təməl tələbatlarını öyrənməsinə və bu tələbatların ödənilməsinə kömək

Kitabla terapiyanın faydalı tərəfləri

  • Özünü tanımaq, kəşf etmək;
  • Şəxsin öz problemlərinin başqasında da ola biləcəyinin fərqində olması;
  • Özünə və başqalarına qarşı anlayış;
  • Emosional və zehni rahatlıq;
  • Bir problemlemin alternativ yollarını bilmək;
  • Yeni dəyərlər, davranışlar qazanmaq;
  • Empatiya qura bilmək;
  • Vərdiş və davranışları analiz etmək bacarığı və s.