Kitabla Terapiya

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Bizə görə psixologiya, psixoloji iş təkcə elmi laboratoriyalarda,klinika kabinetlərində gerçəkləşmir. Gündəlik həyatımızın yaşandığıı, ehtiyac duyulduğu yerlərdə də psixologiya ilə məşğul olmaq olar. PsixoTur proqram layihəsinin də məqsədi insalara təbiət qoynunda harmonik imkanlar yaratmaqla və ya tarixi-mədəni irsimizə aid abidələri ziyarət edib onlardan təsirlənərək psixoloji maarifləndirmə işini həyata keçirməkdir.

Psixikamızın sağlamlığını qorumaq üçün təbiətə qayıdış həm də mənəviyyatımızı, ruhumuzu hüzura, sakitliyə qərq edir. Tarixi-mədəni isrisimizdə həkk olunanlarla psixoterapevtik üzləşmə isə sanki “dərinlik psixologiyasında” təsvir edilən arxetiplərimizdən güc, enerji qaynağımıza yenidən qovuşmağımızdır.

 Bəzi “PsixoTur”larımızın qısa videosu və fotoları ilə sosial şəbəkə hesablarımızda tanış ola bilərsiz.