Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Şirvan şəhərində kitabxanaçı və müəllimlər ilə 4 iyulda “BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi çərçivəsində görüş keçirilib.
Təlimçi-psixoloqlar aktiv təlim texnikasından istifadə edərək müəllimlərə və kitabxanaçılara şagirdlərdə, oxucularda kitab oxumağa maraq yaratmağın psixoloji yolları ilə tanış etiblər.
Onlar qısaldılmış variantda Mindfulness (fərqindəlik) texnikası ilə xəyalən keçmişə dönərək öz güclü tərəflərini aşkarlamış, daha sonra biblioterapiya tətbiqi ilə kiçik bir hekayəni oxuyaraq onun təsiri altında özlərinə məktub yazıblar.
Praktik hissənin yekununda təəssüratlarını paylaşarkən iştirakçılar təşəkkür etmiş və bir çox özəl duyğu, düşüncə, planlarını auditoriya ilə bölüşüblər.
Son mərhələdə isə layihənin rəhbəri psixoloq Kamil Həmidov kitabla terapiya üsulunun mahiyyəti və layihənin məqsədi barədə geniş təqdimat həyata keçirmişdir.
İctimai Birlik layihənin təşkilində maliyyə yardımına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlığa görə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, eləcə də Gənclər Evlərinə təşəkkür edir.