«Yeni Çağ» Media Qrupu «BiblioDrama» layihəsi haqqında

«Yeni Çağ» Media Qrupu «BiblioDrama» layihəsi haqqında Regionlarda kitab oxumanı təşviq edən, həmçinin kitabla müzakirə üzərindən psixoloji xidmət işini nümayiş etdirən BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Gəncə, Sumqayt, Şirvan şəhərinin müəllimləri, kitabxanaçıları və gəncləri ilə təqdimatlar və qrupşəkilli kitabla terapiyalar təşkil edilib. Təqdimat görüşlərində təlimçi-psixoloqlar aktiv təlim texnikasından istifadə edərək […]
Kitabla Terapiya MAG TV-də

Kitabla Terapiya MAG TV-də Uzun illərdir spesifik sahə üzrə fəaliyyət göstərən Müasir Azərbaycan Gəncləri verilişində qonaq olduq. Fürsətdən istifadə edərək verilişdə kitab oxumanın həm müalicəvi, həm də şəxsi psixoloji inkişaf yönlərindən danışdıq. Azərbaycanda bu istiqamətdə apardığımız işlər barədə izləyicilərə məlumat verdik. https://www.youtube.com/watch?v=IzQZs734-bs
Koreyalı yazıçının Kitabla Terapiya haqqında təəssüratları

Koreyalı yazıçının Kitabla Terapiya haqqında təəssüratları Christopher Rho Cənubi Koreyalı yazıçıdır. O, həmçinin səyahətlər edərək Koreya qəzetləri üçün «travel story»lər hazırlayır. Biz, onunla Gəncədə təsadüfən rastlaşdıq və Gəncə gəncləri ilə keçirəcəyimiz qrupşəkilli kitabla terapiya görüşümüzə dəvət etdik. Tədbirdən sonra o, təəssüratlarını izləyicilərimizlə bölüşdü. https://www.youtube.com/watch?v=k9aQYetqXjc&list=PLPcMCFKu_sUFD2VA4lvO-zodUk3jvSYE1&index=12