Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
“Biblioterapiya” standart bir qaydaya tabe deyildir. Digər terapiyalarla eyni məqsədləri olsa da bir sıra fərqlilikləri özünü göstərir. “Biblioterapiya” haqqında qısaca “bilgi ilə sağalmaq” desək yanlış olmaz. “Biblioterapiya” termini yunan sözü olub, biblio – kitab; therapeo – sağalmaq sözlərinin birləşmələrindən yaranmışdır və kitab vasitəsilə sağalmaq deməkdir.
Qədim dövrlərdə romalılar inanırdılar ki, kitab oxumaq insanın psixi sağlamlığının normada qalması üçün çox faydalıdır. Tarixçi Diodorus (1933) yazırdı ki, Antik Tibb kitabxanasının girişində «Ruhun Sağalma Məkanı» yazısı yazılmışdır.
Antik yunanlar da kitabxanalardan oxumaq, düşünmək, xoş vaxt keçirmək və istirahət kimi istifadə edirdilər. Bununla yanaşı qeyd edək ki, dünyanın ilk xəstəxanası Asklepion həm də öz kitabxanası ilə tarixə iz salmışdır.
Daha sonra orta əsrlərə nəzər yetirsək, bu dövrdə də kitabların müalicə vasitəsi kimi istifadə olunması barədə məlumatlar var. 1272-ci ildə Qahirədə, Əl-Mənsur xəstəxanasında Qurani-Kərimdən tibbi müalicə üsulu kimi istifadə olunmuşdur.
XIX əsrə qədər dini kitablar vasitəsilə müalicələr davam etmişdir. XVII əsrin sonlarında bəzi Avropa ölkələri psixi pozuntuların müalicə olunması üçün yeni üsullar axtarmağa başladılar. Bu reformasiya təşəbbüsləri Amerikaya da gəlib çatır. Nəticədə 1802-1810-cu illərdə Benjamin Ruş tərəfindən “biblioterapiya” üsulu irəli sürülür. B. Ruş deyirdi ki, “biblioterapiya” üçün romanlar dini mətnlərdən daha effektlidir. Digər bir amerikalı həkim Cohon Minson Qalt 1846-cı ildə “biblioterapiya” üsulunun üzərində yenidən işlədi. Bu haqda olan məqaləsində psixi pozuntular zamanı kitab oxumağın lazımlı olduğunu bildirən beş səbəb göstərir:
1. Zehni məşğul etməsi və sayrışan fikirlərin qovulması;
2. Xəstənin vaxtını səmərəli keçirməsi;
3. Xəstələrə bir növ təlim verməsi;
4. Oxunacaq materialların təmin edilməsinin xəstəxana işçilərinin kübar xüsusiyyətlərinin üzə çıxmasına vasitə olması;
5. Kitab oxuyan xəstələrin özlərini xoşbəxt hiss etmələri və müyyən işlərlə məşğul olmaları psixoterapevtin onları daha yaxşı istiqamətləndirməsinə kömək edir.
I Dünya müharibəsindən sonra “biblioterapiyanın” inkişafı daha da sürətlənməyə başlayır. Xüsusilə, Qızıl Xaç Xeyriyyə Cəmiyyətinin hərbi xəstəxanalarda kitabxanalar tikərək, idarəetməsini vurğulamamaq mümkün deyil. 1923-cü ildə kitabxanaçı Sadi Petersok Delenay Alabama əyalətinin hərbi xəstəxanasında tikilmiş bu kitabxanalardan birində təxris olunmuş hərbçilərin psixoloji və fizioloji narahatçılıqlarını aradan qaldırmaq üçün kitablardan istifadə edirdi.
1973-ci ildə Dr. Uilliam K. Menniger yazdığı psixiatriya kitabında “biblioterapiyanın” məqsədləri, müalicə planı, necə resept yazılması barədə ətraflı məlumat vermişdir. (“İnsan ağlı” kitabı, 1945-ci ildə çap olunmuşdur)
Kitabxanaçı və biblioterapist olan Ailise Brian kitabların psixi problemləri, həyati və şəxsi problemlərin həll olunmasında insanlara kömək edəcəyini bildirən bir məqalə yazmışdı.(Brian, 1939, Bulus, 2010, 948). 1939-cu ildə Amerika Kitabxana Birliyi qurulur. Bununla da “biblioterapiya” kitabxanaçılıqda rəsmi status qazanır. 1949-cu ildə Karalin Şrodes öz doktorluq dissertasiyasında biblioterapiyanın psixoloji əsaslarını qeyd edir. Şrodesə görə “biblioterapiya” klassik psixoterapiyadakı kimi aşağıdakılara əsaslanır:
1. İdentifikasiya qurmaq: obraz və hadisələrlə
2. Refleksiya (əks etdirmək): özünü başqalarında görmək.
3. Katarsis: oxu prosesi zamanı fantaziyalar oyanaraq həyatda yaşanan məqamlarla assosasiyalara çevrilir nəticədə oxucunun emosional gərginliyi artır.
4. İnsayt: aidlik hissinin yaradılması, motivlərin arxasında duran hisslərin və tələbatların ardıcıllığının fərqinə varmaq.
1920 və 1930-cu illərdə kitabxanalarda oxucular ilə konsultasiyalar aparmaq fikri irəli sürülür. Və ilk belə konsultasiya mərkəzi Miluake xalq kitabxanasında quruldu. Cenni M. Fleksner Lonisiville Xalq Kitabxanasının ilk konsultantı olmuşdur. Tompiks və Fleksner bu konsultasiyaların yetkin insanların təlimində çox işə yaradığını müəyyən etdilər.
Fleksner “bibilioterapiya” üçün məqbul bildiyi kitabların siyahısını hazırlayaraq vurğulayır ki, onların qrup şəklində keçirilməsi daha məqsədəuyğundur.
• Fərdin sahib olduğu yanlış stereotipləri qırır, motivasiyanı gücləndirir.
• Bir sıra davranış pozuntularının korreksiyasında müsbət effekt göstərir.
• İnsanın xarakteri və davranışı ilə bağlı məlumat verir.
• Biblioterapiya emosional, psixoloji və fiziki problemlərin müalicəsində kitab mütaliəsini ön plana çəkir (depressiya, bulimiya, obsessiv-kompulsiv pozuntu, insomniya və s.).
• Hisslərin oxucu tərəfindən şüurlu şəkildə analiz olunmasına, obrazla insan arasındakı qarşılıqlı təsirə əsaslanan terapiya növüdür.
• İnsanın öz təbii, təməl tələbatlarını öyrənməsinə və bu tələbatların ödənilməsinə kömək