Kitabla Terapiya

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Layihə haqqında

Layihənin adı: BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!

Layihənin əsas məqsədi: Layihənin məqsədi regionlarda yaşayan gənc və yeniyetmələri oxu mədəniyyətinə psixoloji təsir üsulları vasitəsilə təşviq etmək, onlarla sıx təmasda olan müəllim və kitabxanaçılara bu üsulları öyrətməkdir.

Məhsul və xidmətləri əks etdirən nəticələr:
3 regionda yaşayan gənc və yeniyetmələrin mütaliyəyə marağını artırmaq
3 regionda yaşayan gənc və yeniyetmələrlə işləyən mütəxəsislərə mütaliyəyə marağı artımaq üçün yeni psixoloji təsir üsulları öyrətmək
Oxu mədəniyyətini təşviq edən vebsaytın hazırlanması

Statistika:
— Layihədən birbaşa faydalanan 120 nəfər.
— Onların 60 nəfəri 3 rayonun hər birindən 20 nəfər olmaqla gənclər və yeniyetmələrdir.
— Digər 60 nəfəri 3 rayonun hər birindən 20 nəfər olmaqla müəllimlər, kitabxanaçılar və məktəb psixoloqlarıdır.
— 1 vebsayt
— 4 qısamüddətli videoçarx – You tube kanalımızda paylaşıma açıqdır

Nəticələr:
Nəticə 1:
Azərbaycanda ilk dəfə 3 regionda gənc və yeniyetmələr üçün qrupşəkilli kitabla terapiya keçirildi. Onlar bu üsulu öz üzərilərində təcrübədən keçirərək öyrənmək və şəxsi problemlərini tanıyaraq həll etmək imkanına malik oldular. Müşahidəçi mövqeyində olan region mütəxəsisi gələcəkdə işləyərkən mütaliəyə marağı artırmaq üçün kitabla terapiyanı bizim təşkilatın superviziyası şərti ilə tətbiq etmək təcrübəsi əldə etdi.

Nəticə 2:
3 regionda vəzifələri daha çox oxu mədəniyyətinin təşviq edilməsi ilə gənc və yeniyetmərlərin şəxsiyyətlərini formalaşdırmaq olan mütəxəsislərə (müəllim, kitabxanaçı və məktəb psixoloqlarına) kitabla terapiya üsulu təqdim edildi, onlar oxuya təşviq etmək üçün müasir psixoloji üsullarla tanış oldular.

Nəticə 3:
Yekunda layihə çərçivəsində və təşkilatın özünün paralel keçirdiyi kitabla terapiyaların və regionlarda qurulacaq platformaların fəaliyyətlərini koordinasiya və əks olunduğu, eləcə də bu sahə üzrə müvafiq vəsaitlərə əlçatanlığı təmin edən vebsayt istifadəyə verildi.

Layihənin işçi heyəti:

Kamil Həmidov

PİMD İB-nin sədri, psixoloq, layihə rəhbəri

Asim Vəliyev

Mühasib

Ceyhunə Dəmirova

PİMD İB-nin sədr müavini, psixoloq, Təlimçi

Həcər Teymurxanova

PİMD İB-nin idarə heyətinin üzvü, psixoloq, Koordinator

Lamiyə Rzayeva

PİMD İB-nin idarə heyətinin üzvü, psixoloq, Koordinator

Gülzar Ələkbərova

PİMD İB-nin üzvü, psixoloq, Koordinator

Səbinə Muradlı,

PİMD İB-nin üzvü, ADU-nun psixologiya ixtisası üzrə tələbəsi, Koordinator.