Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Bu texnika psixoloq Kamil Həmidov qrupşəkilli biblioterapiyaların keçirərkən sponton formada yaranmış və tətbiq olunur. Bir neçə psixoterapiya metoduna aid texnikaların inteqrasiyası ilə işlədilir: Psixoanaliz, KDT, PsixDrama, Sistem terapiyası, Geştalt terapiya. Biblioterapiya.
Texnika bir neçə mərhələdən ibarətdir. Həm klinik, həm təhsil, həm də sosial biblioterapiyalarda tətbiq edilə bilər. Amma iştirakçıların seçilməsi məqamını biblioterapiyanın hansı formasını seçməyinizlə əlaqələndirsəniz yaxşı olar.
1) İştirakçı seçimi və oxu prosesi:
Klinik format seçilirsə qrup depressiyanın terapiyası üzərindən aparılacaqsa içəribir neçə ya tam psixi sağlam və ya nevrotik səviyyədə olan şəxsləri əlavə etsəniz yaxşı olar. Əsəri öncədən də oxumaq üçün tövsiyyə etmək olar, yerindəcə oxumaq mümkündür. Kiçik həcmli hekayələrin yerindəcə oxunması daha çox məqsədəuyğundur.
Tanışlıq zamanı iştirakçılar adlarını, onları xarakterizə edən əsas xüsusiyyətləri söyləyirlər. Daha sonra aparıcı-biblioterapevt bu xüsusiyyətlərin oxuduqları hansı əsər və obrazlarla uzlaşdığını soruşur və ya birgə araşdırmaya dəvət edir.
Oxunu aparıcı özü də, qrupun içərisindən yaxşı qiraət bacarığı olan da apara bilər. Və ya aparıcı qrup iştirakçılarının sayı azdırsa 5-6 nəfər civarındadırsa hissə-hissə iştirakçıların özlərinin də oxuması mümkündür.
2) Əsərin qısa biblioterapevtik müzakirəsi
Klassik modeldəki mərhələlər qısa amma intensiv formada müzakirə edilir.
İdentifikasiya – Özünü obraz və ya hadisələrlə eyniləşdirmək: Hekayəni dinləyərkən özünüzü kimlərlə, nələrlə eyniləşdirirdiz?
Refleksiya — Öz hisslərinə konsentrasiya olmaqla özünün fikir və həyəcanlarını qiymətləndirmək, analiz etmək: Dinləyərkən hansı hissləri keçirirdiz? Bu qəhrəmanın yerində olsaydın nə hiss edərdin?
Katarsis — Oxu prosesi zamanı fantaziyalar oyanaraq həyatda yaşanan məqamlarla assosiasiyalara çevrilir, nəticədə oxucunun emosional intensivliyi artır.
İnsayt — Oxucu obrazla özünün arasındakı əlaqəni başa düşür və real həyatdakı şəxsi problemlərlə daha effektiv mübarizə aparmağın yollarını düşünür.
3) Həyat hekayəsi (Fərdi psixoloji ssesiya)
BU mərhələd aparıcı-biblioterapevt iştirakçılardan 1 nəfər problemi olanı 10-15 dəqiqəlik ssesiyaya çıxmağa dəvət edir. “Danışan” özünün mövzusu ilə seçilərkən əsas məqamlar problemin aktuallığına, konkretliyinə və şəxsin qavrama bacarığına uyğun olaraq götürülür. Biblioterapevt ssesiya zamanı şəxslə əlaqəli digər obrazı və danışanın aparıcıdan və qrupdan hansı dəstəyi istədiyini sonda formalaşdırmağa çalışır. Güvənliliyə və anonimliyin qorunmasına təminat verdiyi söyləyir.
4) “Demidov dialoqları” mərhələsi
Bu mərhələ aktyor hazırlığında tətbiq olunan üsullardan biridir. Biblioterapevt iştirakçılara deyir: “Siz iki hekayə dinlədiniz. Bir bədii əsərin hekayəsini və aranızda olan bir insanın hekayəsini. Və bu insanın bizim dəstəyimizə ehtiyacı var. Ona yardım etmək üçün yenidən biz əsər yazmalı, yaratmalıyıq. İndi sizləri mini qruplara böləcəyik. Hərəniz bir obrazı təmsil edərək ardıcıllığı gözləməklə dialoqlarla yeni hekayə yaradacaqsız. Sonda hekayənizə ad seçməyi unutmayın”
“Danışan” özünün, problemi ilə əlaqəli insanın (və ya predmetin) və obrazların əvəzedicilərini qrup iştirakçılarından seçib təyin edir.
Təqribən 5 dövrəlik “demidov dialoqları” yazılır
5) Drama mərhələsi
Bu mərhələdə mini qruplar ardıcıllıqla səhnəyə daxil olaraq yazdıqları hekayələri səsləndirirlər. Yazılanlar bitdikdən sonra isə biblioterapevt onları improvizasiyaya dəvət edir. Oynanılan dramanın kuliminasiya nöqtəsində “danışan”ı öz obrazının yerinə səhnəyə çağırır, əsərə daxil edir, əvəzedicisi də “kölgə” subşəxsiyyət formasında sahədə qalır. Drama terapevtik xarakater alana qədər davam etdirilir. Sonda biblioterapevt hər bir mini qrup üzvünün “danışan”a hansı mesajı ötürdüyünü və “danışan”ın hansı mesajla ayrıldığını soruşur.
Təqribən bütün mini qruplarda Drama işi bu formada davam etdirilir.
Nəticədə “danışan” öz probleminə müxtəlif bucaqlardan həll variantları ilə tanış olur və ya özünün gerçək həyatında tətbiq etmək üçün təcrübə qazanır.
6) Əks-əlaqə, bağlanış
Qrup iştirakçıları bir bir özlərinin düşüncə, hiss və təəssüratlarını bölüşürlər.
1. Şəxsi ləyaqət hissini möhkəmləndirən biblioterapevtik təsir modeli
Diaqnostika. İnsan özünü qrupa uyğunlaşa bilməyən özgüvəni aşağı natamam şəxsiyyət kimi dəyərləndirir. O öz natamamlığına apatiyadan tutmuş aqresiyaya kimi müxtəlif reaksiyalar verir. Özünə yazığı gəlir, başqalarından həddindən artıq diqqət və qayğı gözləyir, təhsil və özünəxidmətlə bağlı işlərində digərlərinin kömək və yardımına ehtiyac duyur.
Kitab seçimi biblioterapiya iştirakçısının yaşından, cinsindən, həyatından və oxucu kimi təcrübəsindən, eləcə də psixi vəziyyətindən asılıdır. Yetkin insanlarla, yuxarı yaşlı uşaqlarla, gənclərlərlə iş zamanı bədii, elmi-kütləvi və bioqrafik xarakterli ədəbiyyatlardan istifadə etmək mümkündür.
Terapevtik-tərbiyəvi təsir aşağıdakı yollarla həyata keçirilir:
— ədəbiyyatın kompensator funksiyasından istifadə etməklə;
— pozulmuş dəyərlər yerarxiyasının dəyişdirilməsi ilə;
— özünüqiymətləndirmə səviyyəsinin yüksəldilməsi ilə;
— müstəqil fəaliyyətə təhrik edən atmosferin və özünün fiziki və intekkektual imkanlarına əminliyin yaradılması ilə.
Birinci mərhələ
Uşağın özünü aşağı qiymətləndirməsinin və digər insanların qeyri adekvat reaksiyalarının səbəblərini dərk etməyə yönəlik fərdi və qrupşəkilli oxu prosesi.
Kitabın qəhrəmanı ilə identifikasiya oxu prosesində və əlavə məşğələlərdə, məsələn dramlaşdırma zamanı baş verə bilər. Bu hal uşağa çətin psixoloji situasiyadan çıxmağa və öz natamamlığını qəbul etməyə imkan yaratmalıdır. Belə olduqda katarsis vəziyyəti daha tez yaranır, Oxu, müzakirə prosesindən və ya digərlərinin də bənzər situasiyalarda natamamlıqla rastlaşdıqlarını etiraf etmələrinin təsirindən iştirakçı yüngülləşərək özünü sanki “təmizləmiş” hiss edir. Digər insanların da natamamlıqları ilə qarşılaşdıqda adamın özünün qeyri adekvat reaksiyası zəiflləyir, özünü yenidən güc toplamış kimi hiss edir.
İkinci mərhələ
“Mən də belə edə bilərəm” proqramının tətbiqi sayəsində katarsis halı dərinləşir, insan “özünə daha dərindən baxır”. Keçmiş düşüncələri indikilərlə müqayisə edərək davranış və münasibətlərdə pozitiv dyişikliklərə nail olmaq mümkün olur. Bütün bunlar da emosional gərginliyin enməsi, aqresiya səviyyəsinin azalması və gündəlik həyatdakı ən kiçik uğurları görməyə imkan yaradır.
Üçüncü mərhələ
Fərziyyələri yoxlamağa imkan yaradan və terapevtik təsirin davamlılığını müəyən edən refleksiya baş verir.
2. Uşağın qrupa adaptasiyasını təmin edən biblioterapevtik təsir modeli
Diaqnostika. Uşaq sinifdə öz fərqliliyinə görə (natamamlıq, üzunmüddətli xəstəlik, milliyəti və s. səbəblərdən) adaptasiya ola bilmir. O bütün bunlara öz əhvalının apatiyadan aqresiyayadək dəyişməsi ilə reaksiya verir, təhsilə motivasiyası aşağıdır, həmyaşıdları ilə kontakta cəhd etmir.
Kitab seçimi qrupdakı uşaqların sayından və yaşlarından asılıdır. Terapevtik işin hansı zamana görə planlamasına müvafiq olaraq əsəri bütünlüklə və ya fraqmentlərlə istifadə etmək mümkündür. Terapevtik-tərbiyəvi təsir aşağıdakıları nəzərədə tutur:
— qrupun inteqrasiya edilməsi;
— Qrupda özünüqiymətləndirməsi aşağı olan uşağın pozitiv özünü ifadə imkanlarının yaradılması;
— Sinif şagirdlərinin ictimai fəallıqlarının artırılması
Birinci mərhələ
Biblioterapevtik prosesin əsas əlementləri sayılan fərdi və qrupşəkilli oxu qrupda hər kəsin bənzərsiz, unikal olması fikrini əyani formada əks etdirir. Bu isə öz növbəsində ədəbi qəhrəmanlarla identifikasiya sayəsində təfəkkürün stereotiplərinin dağıdılmasına xidmət edir. Iştirakçılar bənzər situasiyalarda özlərini təsəvvür edərək ətraflarındakı insanlara və öz daxili aləmlərinə daha dərindən baxmaq və öz davranışlarını təhlil etmək imkanı əldə edirlər.
İkinci mərhələ
Bu mərhələdə iştirakçılar arasında kimin özünü başqalarının yerində daha yaxşı hiss etmək barədə mübarizə gedir. İnsanın özünün davranış və düşüncə tərzlərini dəyişdirmək imkanı yaranır. Üçüncü mərhələ. Refleksiya
3. Uşağın aqressiv davranışına əks təsir göstərən biblioterapevtik təsir modeli
Diaqnostika. Uşağı qrupda çətin situasiyaların öhdəsindən gələ bilməyən münaqişəli biri kimi tanıyırlar. Onun dəyərlər yerarxiyası pozulub və vəziyyəti düzgün qiymətləndirə bilmir. O özünü daima təhlükədə hiss edir. Qrupdakı aqressiv davranışı ilə isə diqqəti öz üzərinə çəkmək istəyir.
Ədəbiyyat seçimi zamanı özünə və başqalarına yanlış münasibəti ifadə edən kitab və məqalələrə üstünlük verilir.
Terapevtik-tərbiyəvi təsirin aşağıdakı məqsədləri var:
— situasiyaların və onlara reaksiyaların uşaq tərəfindən dərk edilməsi;
— uşaq özünün özünə hansı münasibətdə olmasını müəyyən etməsi;
— uşağa özündə pozitiv və yaradıcı tərəflərini təzahür etdirməyə şərait yaratmaq;
— Emosional gərginliyi azaldan situasiyaların təşkil edilməsi.
Birinci mərhələ
Fərdi və qrupşəkilli oxunun məqsədi qəhrəmanla identifikasiya sayəsində aqressiv davranışın səbəblərini, nəticələrini əyani şəkiildə görə bilmək və yaranan neqativ emosional vəziyyəti yüngülləşdirməkdir. Belə olduqda öz probleminə münasibətin dəyişərək növbəti refleksiya və katarsis mərhələlərinə keçid etmək şansı yaranır.
İkinci mərhələ
Katarsis vəziyyətində uşaqda öz davranışları ilə tək olmadığını və onu təşvişə salan problemləri oxuduğu ədəbi qəhrəman kimi həll etmək təəssüratı yaranır. Üçüncü mərhələ. Refleksiya
4. Yaradıcı təfəkkürü inkişaf etdirən biblioterapevtik təsir modeli
Diaqnostika. Uşağı çox istedadlı biri kimi dəyərləndirirlər. Lakin o, hər dəfə ictimaiyyət qarşısında, imtahanlarda, yoxlama işləri və müsabiqələrdə ən kiçik uğursuzluqlardan narahat olur.
Ədəbiyyat seçimi uşağa geniş intellektual və fiziki imkanlara malik olmasını görməyə şərait yaratmalıdır.
İlkin mərhələ
Fərdi və qrupşəkilli qiraət uşağa həm sevinməyə həm də kədərlənməyə, böyük və kiçik məğlubiyyətlərə haqqı olduğunu anladır. Eyni zamanda imtahan öncəsi stresslərə mübarizə aparmağın müvafiq texnikalarını öyrədir.
Kitabın qəhrəmanı ilə özünü eyniləşdirmək sayəsində uşaq başa düşür ki, bir çox digər uşaqlar da mürəkkəb vəziyyətlərdə çətin reaksiya verirlər, yanılmalar heç də pis deyil, hər zaman uğur qazanmaq şansı var.
İkinci mərhələ
Katarsis halı həm qiraət zamanı həm də qəhrəmanlarının hiss və davranışlarının müzakirsəində ortaya çıxa bilər. O, asanlıqla özünə və digərlərinə münasibətin dəyişilməsi üçün yola çevrilmək imkanına malikdir. Üçüncü mərhələ. Refleksiya.
5. Natamam uşaqların valideynlərinin qorxu hisslərini azaldan biblioterapevtik təsir modeli
Diaqnostika. Valideynlər uşaqlarını digər insanların qəbul etməməsi və ümumiyyətlə onların gələcək taleyi barədə qorxu hissi keçirirlər. Onlar həddəindən çox qayğıkeşdirlər, övladlarının azadlıqlarını məhdudlaşdırırlar, tələbatlarını sona qədər anlamırlar və bir çox işlərini uşaqlarının əvəzinə edirlər.
Ədəbiyyat seçimi uşağın natamamlıq növündən asılıdır. Biblioterapevtik məşğələlər üçün əsas elmi və elmi-kütləvi ədəbiyyat olacaqdır.
Terapevtik-tərbiyəvi təsir aşağıda qeyd edilənləri aradan qaldırmağa kömək etməlidir:
— Valideynlərin öz uşaqlarının hüquq və tələbatlarını anlayaraq dərk etməsi;
— uşaqlara valideynlik hisslərinin çatdırılması üsulları və səmərəsiz hiper himayə etmədən də yardım edilməsi barədə informasiya verilməsi;
— Qorxu, stressi aradan qaldırmağı, “natamam uşağın necə valideyni olmağı” göstərmək.
İlkin mərhələ
Fərdi və qrupşəkilli qiraət inkişafdan geri qalan uşaqların valideynlərinə oxşar problemli insanların birləşməsini, bənzər vəziyyətlərin və onları aradan qaldırmaq yollarını göstərir.
İkinci mərhələ
“Mən və başqaları” proqramının tətbiqi imkan yaradır ki, valideynlərin vəziyyətləri hansı hallarda ağırlaşır, hansı hallarda isə yüngülləşir.
Katarsis valideynlərin diqqətlə şəxsi və ailə situasiyalarını təhlil etmələri, onları digər ailələrin uşaqlarının taleləri ilə müqayisə edərək tənhalıq və bəxtsizliyi daha az hiss etdikdə baş verir, ya da onlar özləri üçün pozitiv, müsbət nəticələr əldə edirlər.
Üçüncü mərhələ. Refleksiya
6. 13-15 yaşlı zəif görən uşaqlarla (yaxını çətin görənlərlə isə 10 yaşdan yuxarı) biblioterapevtik təsirin modeli
Diaqnostika. Görmə çətinliyi olan uşaq özünü heç də tamamilə normal insan olaraq qəbul etmir. O görmə ilə bağlı məsələlərdə çox utanır, özünün çatışmamazlığına görə dostlarının zarafatlarını anlamır. Uşaq tamamilə kor olmaqdan qorxur, özünə qapanır, sinifdəki işin ritmi ilə uyğunlaşa bilmir, yaxşı görən uşaqlarla müqayisədə daha aşağı qiymətlər alır (yoxlama işlərindən, evə tapşırıqlardan və s)
Terapevtik fəaliyyət aşağıdakılara istiqamətlənmişdir:
— uşağın heç bir ciddi pozuntuları olmayan bütöv şəxsiyyət kimi qəbul edilməsi;
— Ətraf aləmlə eşitmə və taktil duyğuların köməyi ilə tanış olmaq
Ədəbiyyat seçimi. Terapevt və ya müəllim oxuduğu əsərin hissələri ilə aşağıdakı elementlərdən ibarət “Bu mənəm”, “mən də bu cür bacararam” mesajlarını verməlidir:
1. Uşaqla onun problemini verballaşdırmağa yönələn söhbət etmək.
2. Gözdən əlil və zəif görən insanların uğurlarından bəhs edən biblioterapevtik söhbət etmək.
3. Uşağın intellektini və yaradıcılıq imkanlarını yüksəltməyə hədəflənən terapevtik oyunlar.
4. Uşaqda görmə qüsurunu kompensasiya edən digər formada məşğələlərə maraq oyatmaq (musiqi, rəqslər, şer qiraəti, nəğmələr və s).
5. Biblioterapevt tərəfindən təklif edilən fraqmentlərin oxunması (və ya dinlənilməsi).
Kitabın qəhrəmanı ilə identifikasiya heç də həmişə qiraət və ya dinləmə zamanı baş vermir. Uşağın nə qədər çox aydın ifadə olunan xəstəliyi varsa bu proses də bir qədər ləng baş verəcəkdir. Yalnız bir müddət sonra uşaq kitab qəhrəmanı ilə oxşar cəhətlərini taparaq güclü həyəcan keçirir. Uşaq tədricən anlayır ki, belə taleyə malik tək insan deyil, həm də xətəliyinə baxmayaraq şəxsi və peşə həyatında uğurlar qazana bilər. Kitabların sayəsində özünü başqalarına lazımlı hesab edərək dərindən özünütəhlil ilə məşğul ola bilər. O, gələcəkdə katarsis vəziyyətindən keçərək yüngülləşir. Kitab qəhrəmanlarının davrnış modellərindən istifadə etməklə başqa insanlara münasibətini və davranışını dəyişməyə cəhd edir.
7. Uşaqlarda intellektual çatışmamazlıqları aradan qaldırmağa kömək edən biblioterapevtik təsir modeli
Diaqnostika. Təhsil barədə aşağı motivasiyasına görə uşaq dərslərində arzu olunan nəticələrə nail ola bilmir. Tədris proqramının öyrənilməsi ilə bağlı çətinlikləri var və oxuyaraq məzmununu anlamaq texnikalarını kifayət qədər yaxşı mənimsəməmişdir. O müstəqil şəkildə səbəb-nəticə əlaqələrini tapıb ayıra bilmir.
Ədəbiyyat seçimi illüstrasiyalı və biblioterapevt ilə iştirakçıların şərhləri əlavə edilmiş böyük şriftlərlə yığılmış sadə mətnlərlə məhdudlaşdırılır. İbtidai sinif şagirdləri üçün şerlər, təmsillər, nağıllar yuxarı sinif şagirdləri üçün isə qısa fantastika hekayələri, macərə və ilk sevgi barədə ədəbiyyat seçmək faydalıdır. Müxtəlif didaktik oyunların, krossvordların, labirintlərin, tapmacaların və rebusların da faydası çoxdur.
Terapevtik-tərbiyəvi təsirin aşağıdakı məqsədləri var:
— ucadan oxumaqla bağlı qorxu üzərində qalibiyyət;
— anlayaraq oxumaq texnikasını öyrənmək;
— Əsərin tərkib hissələri ilə elə tanış etmək lazımdır ki, sonra o sərbəst şəkildə nəql edə bilsin.