Kitabla Terapiya

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Tərəfdaşlarımız

Azərbaycan Resublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, Agentlikdə uçot və hesabat, Agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir.

Əlaqə nömrəsi: (+994 12) 493 – 15 – 81

e-mail: office@ngoagency.gov.az

https://ngoagency.gov.az/az

 

“AzGranata” MMC

2011- ci ildə fəaliyyətə başlayan “AZGRANATA” MMC Cənubi Qafqazın ən böyük alkaqollu və alkaqolsuz içkilər istehsalçılarından biridir. Ağsu rayonunda fəaliyyət göstərən zavod 14 hektar ərazini əhatə edir. Dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmuş zavod konservanstız təbii meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir. Zavodun meyvə qəbulu, meyvə şirəsi emalı, tetra pak dolumu və qablaşdırılması,Şüşə dolum və qablaşdırma,Kompot istehsalı bölmələri fəaliyyət göstərir. “AZGRANATA” saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə sahibdir.

Missiya və Vizyonu:

“AZGRANATA” MMC-nin əsas missiyası Azərbaycanın ənənələrini və torpağının sonsuz zənginliyini yüksək keyfiyyətli məhsullarımızda əks etdirməklə hər anınızı unudulmaz etməkdir.

Vizyonu isə dayanıqlı, dünya səviyyəsində tanınan, sevilən məhsulları olan və ekoloji və sosial məsuliyyətini dərk edən aparıcı şirkət olmaqdır.

AZGRANATA şirkətinin məhsulları Almaniyanın KIWA GmbH İnstitutu tərəfindən orqanik seritifikatlaşdırılıb. Aşağıdakı sertifikatları var:

BIO sertifikatı (Avropa İttifaqı)

USDA Organic (ABŞ)

Kosher sertifikatı

ISO 22000: 2018 Qida təhlükəsizliyini İdarəetmə Sistemi

ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi

Halal sertifikatı

Əlaqə nömrəsi: *2011

e-mail: office@azgranata.az

vebsayt: https://azgranata.az/